Veteran futbolçu Vaqif Cavadovun külli miqdarda borcu olduğu ortaya çıxıb.

Media TV-yə müraciət edən, Bakı şəhər Səbail rayon sakini Bağırova Dilarə Həmid qızı bildirir ki, 4 ildir Azərbaycanın tanınmış çalışdırıcısına 142 min 500 manat borc verdiyi pulu geri ala bilmir.

Dilara xanım iddia edir ki, 4 ildə pulu geri almaq üçün bütün vastələrdən istifadə edib, hətta əmisi İsgəndər bəy baş verənlərə müdaxilə edərək qardaşı oğlu Vaqifə zaman qazandırıb ki, borcunu geri qaytarsın.

Şikayətçi Dilarə Bağırova bildirir ki, Vaqif Cavadov onun müraciəti əsasında hüquq mühafizə orqanlarına dəvət olunub. Orada bildirib ki, qısa zamanda ödəyəcək..