Türkiyə mətbuatı "Qarabağ"ın futbolçusu Ramil Şeydayev haqda yazıb.

 Offsideplus.az xəbər verir ki, "TRT Spor"un tez-tez dərc etdiyi  "indi haradadırlar" bölməsində bu dəfə millinin hücumçusundən bəhs olunub. 

"Sankt-Peterburqda anadan olan Şeydayev peşəkar karyerasına "Zenit"in ikinci komandasında başlayıb, daha sonra  Kazan "Rubin"ində çıxış edən azərbaycanlı forvard 2016-cı ilin yay transfer pəncərəsində 20 yaşında "Trabzonspor"la anlaşıb. Fırtınada gözlədiyi şansı tapa bilməyən futbolçu Türkiyədə karyerasında cəmi 3 rəsmi matçda meydana çıxa bilib.Slovakiyanın "Jilin"a və Azərbaycanın "Qarabağ" komandasında icarədə oynamış hücumçu, 2018-ci ildə "Samara" ilə müqavilə imzalayaraq Rusiyaya qayıdıb.

Bir mövsüm Rusiyanın "Dinamo" ( Moskva ) komandasında çıxış edən Şeydayev 2020-ci ilin qış transfer dönəmində "Sabah"  ilə yenidən Azərbaycan Premyer Liqasında çıxış edib. 26 yaşındakı milli forvard hazırda ötən yay müqavilə imzaladığı "Qarabağ"da ikinci dönəmini yaşayır".

85719329 e8d6 4560 85c1 0cbc24aae7e0