Bu gün - aprelin 13-də “Qarabağ” Futbol Klubunun baş məşqçisi Qurban Qurbanovun 50 yaşı tamam olur.

Offsideplus.az xəbər verir ki, bu münasibətlə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının inzibati binasında AFFA-nın prezidenti Rövnəq Abdullayev Qurban Qurbanovla görüşüb. AFFA prezidenti təcrübəli mütəxəssisi əlamətdar yubileyi münasibətilə təbrik edib, ona cansağlığı, fəaliyyətində uğurlar və yeni-yeni qələbələr arzulayıb.

Qurban Qurbanov göstərilən diqqətə görə minnətdarlığını bildirib.
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və baş katib Sərxan Hacıyevin iştirak etdiyi görüşdən sonra xatirə şəkli çəkdirilib.