"Dinamo" ( Kiyev ) və "Qalatasaray" komandaları arasında yoxlama görüşü baş tuatacaq.

 Offsideplus.az xəbər verir ki, bu haqda paytaxt klubunun çalışdırıcısı Mirça Luçesku məlumat verib. Matçdan əldə olunacaq gəlir Rusiya ilə müharibədə valideynlərini itirmiş ukraynalı uşaqlara xərclənəcək.

Görüş aprelin 14-də İstanbulda keçiriləcək.