"Vest Hem"in futbolçusu Andrey Yarmolenko Rusiya ilə müharibəyə görə ölkəsinə yardım edib.

 Offsideplus.az Britaniya mediasına istinadən  xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Ukrayna ordusuna 75 min funt-sterlinq pul bağışlayıb.

Qeyd edək ki, Yarmolenko 2018-ci ildən London klubunda forma geyinir.