PSJ-nin ulduz futbolçusu Lionel Messi  üçün Fransa Liqa 1-də "Nant"la ( 3:1 ) keçirilən oyun əlamətdar olub.

Offsideplus.az xəbər verir ki, argentinalı hücumçu klub karyerası ərzində  800-cü qarşılaşmasına çıxıb. 35 yaşlı oyunçu indiyədək "Barselona"da 785, PSJ-də isə 15 matç keçirib.

 

Qeyd edək ki, Messi bu matçlarda 679 qol, 273 məhsuldar ötürmə edib.