"Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldonun paylaşımı “İnstaqram” tarixində idmançılar arasında ən məşhur paylaşım olub.

Offsideplus.az xəbər verir ki,bu, portuqaliyalı ulduzun sevgilisi Corcina Rodriqeslə əkiz uşaqlarının olacağı ilə bağlı paylaşımıdır. Həmin paylaşımı 27 milyondan çox insan bəyənib. "İnstaqram"da bir idmançı ilə bağlı paylaşıma görə rekord PSJ-yə transfer olunan Lionel Messinin ailəsi və Paris klubunun formasında çəkdirdiyi şəkil idi.