Polşa millisinin kapitanı Robert Levandovski "Black Lives Matter" hərəkatı çərçivəsində diz üstə dayanan İngiltərə yığmasının futbolçularına dəstək olub.

Offsideplus.az xəbər verir ki, ingiltərəli futbolçular dizlərini yerə qoyanda, stadionda toplaşan bir sıra polşalı azarkeşlər onları fitə basıblar. Levandovski və bir neçə polşalı futbolçu stadionda əyləşən azarkeşlərə formalarındakı "Respect" yazısını göstəriblər. 

Qeyd edək ki, heç bir polşalı futbolçu dizini yerə qoymayıb. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.