Şimali İrlandiyanın paytaxtı Belfastda UEFA Super Kuboku uğrunda oyun keçirilib.

Offsideplus.az-ın məlumatına görə, İngiltərənin "Çelsi" və İspaniyanın "Vilyarreal" klubları "Uindzor Park" stadionunda üz-üzə gəlib. 

Matçın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Əlavə vaxtda bu hesab dəyişmədiyindən, penaltilər seriyasına müraciət olunub. Bu zaman daha dəqiq olan "Çelsi" 6:5 hesabı ilə qalib gələrək, tarixində ikinci dəfə UEFA Super Kubokunu qazanıb.

"Zadəganlar" ilk dəfə bu titula 1998-ci ildə İspaniyanın digər təmsilçisi "Real Madrid" üzərində 1:0 hesablı qələbə sayəsində nail olublar.