Avrokubokların III təsnifat mərhələsinin cavab oyunları start götürüb.

Offsideplus.az-ın məlumatına görə, ilk oyun günündən sonra açıqlanan UEFA reytinqində bəzi dəyişikliklər olub. Azərbaycan 13,875 xalla 30-cu sırada qalıb.

Cari mövsüm iki pillə geriləyən ölkəmiz üçün növbəti təhlükə yaranıb. “Slovan”ın Avropa Liqasında “Linkoln”la heç-heçəsi (1:1) Slovakiyanı Azərbaycana bir az da yaxınlaşdırıb. 31-ci sırada qərarlaşan Slovakiya ilə xal fərqimiz cəmi 0,125-ə bərabərdir. Ölkəmizin iki, Slovakiyanın üç komandasının mübarizəni davam etirir.

Bu il irəli buraxdığımız yığmalar Polşa ilə Sloveniyadır.

Qeyd edək ki, Azərbaycan təmsilçiləri “Neftçi” və “Qarabağ” III təsnifat mərhələsinin cavab oyununu sabah keçirəcək.