17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Sərkan Aydın Türkiyədə klubunu dəyişib.

Offsideplus.az Türkiyə mətbuatına xəbər verir ki, “Kocaelispor”ın müdafiəçisi komandadan ayrılmaq istəyib və qısa zamanda istəyinə çatıb . O, Kocaeli təmsilçisindən ayrılaraq "Altınordu"ya keçib.

Qeyd edək ki, Sərkan "Kocaelispor"un U-19 komandasında çıxış edirdi.