Britaniyanın "FourFourTwo" jurnalı azarkeşlər arasında növbəti dəfə sorğu keçirib.

Bu dəfəki məqsəd "Braziliya futbol tarixinin ən yaxşı futbolçusu kimdir" sualına cavab tapmaq olub. Sorğu "tvitter"də təşkil olunub.

Offsideplus.az xəbər verir ki, həmkarlarımız siyahıya 32 futbolçunun adını daxil edib. Yekunda "10-luq" belə olub: Qarriçna, Romario, Kafu, Kaka, Sokrates, Roberto Karlos, Ronaldinyo, Rivaldo, Ronaldo və Pele. 

Səsvermənin yekununa əsasən Pele ilə Ronaldo finala yüksəlib. Həlledici mərhələsə isə "yekədiş" (59,9%) Braziliya futbolunun əfsanəsini (40,1%) üstələyib. 

Безымянный