Dünyanın ən yaxşı qapıçılarının adı məlum olub.

Offsideplus.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) araşdırmalarından sonra siyahıda kimlərin adının olduğu bilinib. Yeri gəlmişkən, araşdırmanın son 34 ili əhatə etdiyini də qeyd edək. 

Hər il "20-lik"də yer alan qapıçılar xallar toplayıb. Birinci yerin sahibi 20, ikinci yer 19, üçüncü yer isə 18 xal alıb. 20-ci yerdəki qolkiperə 1 xal verilib.

Beləliklə, ilk pillədə həmişəcavan Canluici Buffon qərarlaşıb. 43 yaşlı qolkiperin aktivində 357 xal var.

Uzun illər İspaniya milisinin və "Real Madrid"in qapısını qorumuş İker Kasilyas 260 xalla 2-ci, Çexiya yığmasının sabiq üzvü Petr Çex isə 218 xalla 3-cü olub.

Edvin van der Saar 201 xalla 4-cü, Almaniya millisinin və "Bavariya"nın qapıçısı Manuel Noyer isə 5-ci yerdədir.