"Leyptsiq"in qapıçısı Peter Qulaçi Macarıstan Konstitusiyasındakı dəyişikliklə razı deyil.

Offsideplus.az xəbər verir ki, dekabrın 16-da qüvvəyə minmiş yeni qanuna əsasən bu ölkədə geylərin və lezbiyanların ailə qurması qadağandır.

Macarıstanda iki dəfə ölkənin ən yaxşı futbolçusu seçilmiş Qulaçi dövlətin seksual azlıqlara münasibəti ilə razılaşmır. O, "feysbuk" səhifəsində paylaşdığı postda bu sözləri yazıb: "Bütün insanların hüquqları bərabərdir. Və hər bir uşağın xoşbəxt ailədə böyümək haqqı var. Uşağın hansı orientasiyalı, hansı rəngli, hansı dinə qulluq edən insandan əmələ gəlməsi önəmli deyil".

Qapıçının bu statusunu 23 minə yaxın insan bəyənsə də, 2500 nəfər "qəzəb" emojisi qoyub. 9 min şərhdəki fikirlər isə müxtəlif olub.