Daha bir azərbaycanlı futbolçu karyerasını ölkə xaricində davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, Orxan Qurbanlı Latviyada legioner həyatı yaşamağa qərar verib. 25 yaşlı futbolçu "Ventspils"lə 2 illik müqavilə bağlayıb. Lakin tərəflər arasındakı anlaşmaya əsasən, Orxan qarşıdakı 4 ayı Moldovanın "Dinamo-Avto" komandasında keçirəcək. 

Qeyd edək ki, "Neftçi"nin yetirməsi sayılan, son 4 ili "Səbail"də keçirən Qurbanlı  2016-cı ildə icarə əsasında Latviyanın başqa bir komandasının "Dauqavpils"in uğurları üçün tər töküb. 

IMG 1584