"Bavariya"nın futbolçusu Almaniya millisinin formasını geyinəcək.

Offsideplus.az "Sky Sports Deutschland"a istinadla xəbər verir ki, Camal Musiala yığmanın şərəfini qorumağa razılıq verib. Lakin bu, heç də asan başa gəlməyib. Almaniya Futbol İttifaqının rəhbərliyi ilə baş məşqçi Yoahim Löv 17 yaşlı hücumameyilli yarımmüdafiəçini razı salmaq üçün əməlli-başlı tər axıdıb. Yekunda müsbət nəticə hasil olub.

İş burasındadır ki, Musiala Ştutqartda doğulsa da, uşaq yaşlarında anası ilə birgə İngiltərəyə köçüb. Futbol sirlərinə burda yiyələnib, "Çelsi"nin akademiyasında təhsil alıb. Sonradan İngiltərənin müxtəlif yaş qruplarından ibarət yığmalarının uğurları üçün tər töküb. Ona görə də ingilislər Camalın İngiltərə millisinin şərəfini qoruyacağını düşünürdülər. 

Mənbənin bildirdiyinə görə, Camal Almaniya yığmasının martdakı oyunlarında debüt edəcək. Bu ayın 26-da 18 yaşı tamam olacaq ki, "Bavariya" ilə 5 illik müqavilə bağlayacaq.