21-ci əsrdə ən çox oyun keçirən futbolçunun adına aydınlıq gəlib. 

Offsideplus.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) saytına istinadla xəbər verir ki, bu, dünya futbolunun ulduzu Kriştiano Ronaldodur. "Yuventus"lu 21-ci əsrdə 1000-dən çox oyuna çıxan yeganə futbolçudur. Ronaldo 1047 oyunun iştirakçısı olub.

İkinci pillədə 974 oyunda formanı tərlədən “Real”ın sabiq qapıçısı İker Kasilyas, üçüncü sırada isə “San Paulo”da çıxış edən sabiq "Barsa"lı Daniel Alveşdir. Braziliyalı müdafiəçi 969 matçda görünüb.

Digər dünya ulduzu, həmçinin “Barselona”nın kapitanı Lionel Messi 21-ci əsrdə 902 oyunun iştirakçısı olmaqla siyahıda 8-ci yerdədir.