"Feysbuk"da "Grammar Azi" səhifəsi var.

Əsas işləri tanınmış səhifələrin paylaşımlarına diqqət yetirib, orfoqrafik nöqsanları diqqətə çatdırmaqdır. Xüsusən son vaxtlar fəallıqları bir az da artıb.

Offsideplus.az xəbər verir ki, 38 min izləyicisi olan səhifə bu dəfə "Qarabağ"a "ilişib". Admin Uroş Matiçin futbol köynəyinin arxasındakı soyadın düzgün yazılmadığını qeyd edib. Belə ki, Matiçin sonuncu hərfi öz dillərindəki formada yazılıb.

Qeyd edək ki, Premyer Liqanın Əsasnaməsində futbolçuların adlarının yazılış qaydası ilə bağlı tələb ondan ibarətdir ki, futbol köynəklərinin arxasındakı adlar mütləq Azərbaycan dilində olmalıdır. Bu isə Əsasnamənin tələblərinin pozulması deməkdir.

9a58b9cb 86c4 4b90 9393 d999c7975b15 copy