"Qarabağ" azarkeşlərinin sevimlisi Ansi Aqolli Bakıya gəlib.

Offsideplus.az xəbər verir ki, albaniyalı futbolçu bu barədə "instagram" səhifəsində məlumat verib. Ansi İçərişəhərdən çəkdiyi şəkli sosial şəbəkədə paylaşaraq, “Salam, Bakı. Nətərsən?” sözlərini yazıb.

Aqollinin Bakıya səfərinin kökündə sabiq komandası "Qarabağ"la hazırkı komandası "Nyu York Kosmos" arasındakı mümkün əməkdaşlığın dayandığı ehtimal olunur.