Fuad Bayramovun işsiz günləri başa çatıb.

26 yaşlı azərbaycanlı futbolçu karyerasını Polşada davam etdirəcək. 

Offsideplus.az xəbər verir ki, vaxtilə U-21 millisinin və "Keşlə"nin uğurları üçün tər tökən Bayramov Polşanın 3-cü liqa təmsilçisi ilə anlaşıb. Həmyerlimiz "Ostroveç-Şventokşisi" ilə 1 illik müqavilə imzalayıb. 

 Qeyd edək ki, xeyli vaxtdır komandanın sıralarında olan Fuad bir neçə yoxlama oyununa da çıxıb. (Qol.az)