Tanınmış model Kasya Lenhardtın ölümü ilə bağlı araşdırmalar davam edir.

25 yaşlı qızın “Bavariya”nın və Almaniya millisinin futbolçusu Jerom Boatenqə görə canına qəsd etdiyi deyilsə də, hələ ki, ortada tutarlı fakt yoxdur. Qadının yaxınları Lenhardtın Boatenqdən ayrıldığına və futbolçunun daim ona xəyanət etdiyinə görə özünü öldürdüyünü iddia edir.

Offsideplus.az xəbər verir ki, məlum hadisə ilə bağlı ingiltərəli model Melissa Hou açıqlama verib. Futbolçunu yaxından tanıyan “Playboy” jurnalının sabiq “qəhrəman”ı “The Sun”a verdiyi müsahibədə diqqətçəkən ifadələrlə yadda qalıb: “Jerom kimi oğlanların qızlarla duyğusuz davranışlarının sonunun buna bənzər hadisələrə gətirib çıxarmasına təəccüblənmirəm. Kasyanın ölüm xəbərini eşidəndə şok oldum. Jerom o qədər qızla oyuncaq kimi davrandı ki, nə vaxtsa belə bir hadisə baş verməliydi. Futbolçu sevgililərim olub. Rəfiqələrimin arasında da idmançılarla görüşənlər var. Ona görə də onları tanıyıram. Tanış olanda böyük ümidlər verirlər, özlərini sadiq göstərirlər. Lakin bir müddətdən sonra əsl simaları üzə çıxır. Kasya ilə bağlı dəqiq söz deyə bilmərəm. Amma görünən odur ki, Boatenqin yalanları və xəyanətləri onu ölüm həddinə çatdırdı”.

Melissa Howe

Sən demə, ingiltərəli modelin Boatenqlə şəxsi tanışlığı var. Hətta qısa müddət münasibətləri də olub: “Onunla Londondakı “Libertine” klubunda tanış olmuşdum. Tanış olan kimi sosial şəbəkədə aktiv izləyicimə çevrildi. O qədər fəal idi ki, paylaşımlarımı ilk bəyənənlərdən biri idi. Bir dəfə məni Almaniyadakı əyləncə gecələrin birinə dəvət etmişdi. Rəqs etdik, içdik, əyləndik, lakin mən onunla yatmadım. Çünki mənə nə dərəcədə ciddi yanaşdığını və nə qədər səbrli olduğunu bilmək istəyirdim. Ona görə də yatağıma buraxmadım”.

Futbolçu müsahibələrinin birində verdiyi açıqlama ilə özü öz yalanını ifşa edib: “Təsadüfən qarşıma Jeromun müsahibəsi çıxmışdı. Orda ağızdolusu sevdiyi qadından, yəni nişanlısından bəhs etmişdi. Nişanlanmasını ağlımın ucundan belə keçirməzdim. Dərhal onu rədd etdim. Sonradan evlənmiş, hətta uşağı dünyaya gəlmişdi. Buna baxmayaraq, yenə mesaj yazır, narahat edirdi. Onu ciddiyə almadığımı görüncə, yavaş-yavaş uzaqlaşdı”.

Melissa Howe copy