"Monako", "Barselona", "Mançester Siti" kimi məşhur komandalardan tanıdığımız Yaya Ture məşqçiliyə başlayıb.

 

Offsideplus.az Donetsk "Olimpik"inin saytına istinadla xəbər verir ki, ötənlərin ünlü futbolçusu əsas komandada baş məşqçi İqor Klimovskinin köməkçisi  funksiyasını yerinə yetirəcək. Ture ilə 2021-in yayına qədər müqavilə bağlanıb. 

Səbəbkar klub saytına açıqlamasında Donetskdə yaşayan insanlardan xoşlandığını deyərək, Ukrayna mentalitetinə vurğunluğunu gizlətməyib. Həmçinin məşqçilik karyerasına "Olimpik"də başlamağının ona uğur gətirəcəyinə inandığını bildirib.

Qeyd edək ki, futbolçu kimi İspaniya və İngiltərə çempionluqları sevinci yaşayan, Çempionlar Liqasının və UEFA Superkubokunun qalibi olan Ture karyerasının ilk dönəmində, 2003-2005-ci illər aralığında Donetsk "Metallurq"unun şərəfini qoruyub.

2990860 61372928 2560 1440