Bu gün "Neftçi"nin veteran futbolçularından olan Asif Əliyevin 65 yaşı tamam olur.

Offsideplus.az xəbər verir ki, bu münasibətlə klub prezidenti Kamran Quliyevlə Müşahidə Şurasının üzvü Səməd Qurbanov Əliyevlə görüşüblər.  "Neftçi" rəsmiləri yubilyara ən xoş arzularını çatdırıb, Asif bəyə xatirə hədiyyəsi təqdim ediblər.

Qeyd edək ki, Əliyev 1973-74, 1976-85-ci illər ərzində "Neftçi”nin heyətində 258 oyun keçirib, 43 qol vurub. O, 1996, 1998, 1999-cu illərdə "Neftçi”nin baş məşqçisi olub.

vYS1H04a9jm6OHCkec8WrUfHKR2e6YrB