Ötən mövsüm Premyer Liqamızın bombardirlərindən biri olmuş Peyman Babayi İranın iki klubunun hədəfindədir.

Offsideplus.az "İlna" nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı hücumçu ilə "İstiqlal""Persepolis" maraqlanır. Hazırda "Maşın Sazi"nin uğurları üçün tər tökən Babayinin Təbriz təmsilçisi "Traktor"la maliyyə şərtlərinə görə razılaşmadığı bildirilib. Cari mövsüm 6 dəfə fərqlənən forvard komandasının ən çox qol vuran oyunçusudur.

"İstiqlal" və "Persepolis" onu heyətinə qatmaq istəsə, "Maşın Sazi"yə ödəniş etməlidir.

2019-cu ilin yanvarından 2020-ci ilin mayınadək "Sumqayıt"da icarə əsasında çıxış etmiş Peyman Babayi ötən mövsüm 7 qolla Azərbaycan Premyer Liqasının bombardirlərindən biri olub.