Serbiyada keçirilən futbol oyununda maraqlı və gülməli hadisə yaşanıb.

Meydana daxil olan it oyunun davam etməsinə imkan vermədiyindən, hakim heyvana qırmızı vərəqə göstərmək məcburiyyətində qalıb.

Offsideplus.az xəbər verir ki, Serbiyanın birinci dəstəsində mübarizə aparan "Kolubara" ilə "Radniçki 1923" arasında baş tutan yoldaşlıq görüşündə meydana it daxiil olub. Futbolçular heyvanı üç dəfə meydandan uzaqlaşdırsa da, it yenə oyuna müdaxilə edib. Bu dəfə hakim işə qarışaraq itə qırmızı vərəqə göstərib. Lakin ərköyün heyvan "qırmızı"nı də vecinə almayıb. 

Belədə komandalar oyunun yarımçıq dayandırılmasına razılıq verib ki, oyun "Kolubara"nın 3:0 hesablı qələbəsi ilə yarımçıq başa çatıb. 

2985822 61272168 2560 1440