Kamran Ağayev üçün təxminən 2 illik tilsim qırıldı.

Offsideplus.az xəbər verir ki, millinin sabiq qapıçısı sonuncu dəfə 2019-cu ilin martın 30-da meydana çıxmışdı. Həmin gün Premyer Liqa matçında "Keşlə" "Neftçi"ni qəbul edirdi ki, Kamran 30-cü dəqiqədə zədələnib, yerini Davud Kərimiyə vermişdi. Oyun isə "qırmızılar"ın 0:1 hesablı yenilgisi ilə başa çatmışdı. 

Yeri gəlmişkən, "Səbail", 673 günlük fasilədən sonra meydana çıxan qapıçının karyerasına 11-ci iş yeri kimi düşdü. Ağayev buna qədər “Şəfa”, “Turan”, “Xəzər Lənkəran”, “Bakı”, “Keşlə”, “Qəbələ”, “Kayserispor”, “Karşıyaka”, “Mlada Boleslav”, “Boavişta”nın şərəfini qorumuşdu.