"Liverpul"lu Məhəmməd Salah İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.

Offsideplus.az "Squawka Football" nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı hücumçu çempionatda 90-cı qolunu vuran 5-ci afrikalı oyunçu olub.

Salah 21-ci turda "Vest Hem"i 3:1 hesabı ilə məğlub etdikləri görüşdə dubl edib. Misirli forvardın komanda yoldaşı Sadio Mane (91 qol), "Everton" və "Portsmut"un keçmiş üzvü Yakubu Ayegbeni (95 qol), "Tottenhem", "Arsenal" və "Mançester Siti"də oynamış Emmanuel Adebayor (97 qol) və "Çelsi"nin keçmiş hücumçusu Didye Droqba ondan daha çox qol vurub.

Qeyd edək ki, Məhəmməd "Liverpul"da 2017-ci ildən çıxış edir.