“Çelsi”nin braziliyalı futbolçuları David Luiz və Villian yeni biznesə girişiblər.

Offsideplus.az xəbər verir ki, onlar Londonda “Babbo” adında italyan restoranı açıblar. Bu barədə məlumatı Britaniya mətbuatı yayıb. Braziliyalıların restoranının açılışına komanda yoldaşları - Sesk Fabreqas, Eden Hazard, Olivye Jiru, Nqolo Kante və Temue Bakayoko da gəliblər. Bundan əlavə, digər klublarda top qovan Riçarlison, Felipe Anderson, Qabriel Jesus kimi braziliyalı futbolçular da öz həmvətənlərini yalqız buraxmayıblar.

Bir çox futbolçu şəxsi “instaqram” səhifələrində restorandan paylaşım edərək, David Luiz və Villiana yeni biznesində uğurlar arzulayıblar.

Komanda.az