Andrea Pirlo futbolçusu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigeslə birlikdə koronavirus qaydalarını pozmasını şərh edib.

Offsideplus.az İtaliya mətbuatına istinadən xəbər verir ki, "Yuventus"un çalışdırıcısı məsələ ilə bağlı qısa danışıb: “Ronaldonun bir günü var idi, istədiyini edə bilərdi. O, öz hərəkətlərinə cavabdehdir".

Qeyd edək ki, cütlük Valle d'Aostadakı Piedmont bölgələri arasındakı sərhədi keçərək, Rodrigesin 27 yaşını qeyd etmək üçün xizək mərkəzinə gediblər.