Offside Sport Media artıq xeyli vaxtdır La Liqa ilə əməkdaşlıq edir.

Bu müddət ərzində birgə əməkdaşlıq çərçivəsində müxtəlif yazılarla görüşünüzə gəlmişik. 

Birgə əməkdaşlığın bu dəfəki nəticəsi təşkil olunan müsabiqədə azərbaycanlı futbolsevərlərdən birinin "Elçe"nin rəsmi futbolkasına sahib çıxmasıdır. Belə ki, bu gün saytımızın "instagram" və "facebook" səhifələrində bununla bağlı post paylaşmışıq. Xeyli sayda izləyici formaya sahib çıxmaq istəyini bildirərək. paylaşımın şərh bölməsində dostunu işarələyib. Çünki əsas şərtlərdən biri dostları işarələməkdir. 

Qalibin adına bazar günü təsadüfi seçim nəticəsində aydınlıq gələcək.

Paylaşımlara kifayət qədər "bəyənmə" və şərh gəlib ki, onların arasında "La Liqa" ilə "Elçe"nin rəsmi səhifələri də var. Azərbaycanda yenilik olan dünyanın aparıcı 5 liqasından biri olan La Liqa ilə birgə əməkdaşlığın davamı olacaq və izləyicilərimiz digər komandaların futbolkalarına sahib ola biləcəklər. 

E4075D0A 6F13 4D36 B2EC BFEDF1458C78 1 copy

 

E9507A25 F1C9 4990 890E 47F5C1AA6B06 1