Türkiyə ilə Almaniyanın Xarici İşlər Nazirliyinin başçıları dünən Ankaradakı toplantıda kameralar önünə keçib.

Offsideplus.az xəbər verir ki, görüş zamanı Mesut Özilin "Fənərbağça"ya keçidindən də söz açılıb. Mevlüt Cavuşoğlu dünya ulduzunun Türkiyəyə gəlməsinin hər kəsi həyəcanlandırdığını deyib, futbolçunun seçiminə görə özünü xoşbəxt hiss etdiyini deyib.

Almaniyalı nazir Heiko Maasın fikirləri belə olub: "Oluqca həssas mövzudur. Türkiyəli azarkeşlər duyğusaldırlar. Mesut Özil Almaniya millisi və ölkə futbolu baxımından çox böyük uğurlara imza atdı. Türkiyədəki karyerasında ona uğurlar arzulayıram. Mənimlə söhbətdə "Fənərbağça"nın formasında uşaqlıq şəklinin olduğunu demişdi".