"Zenit"in braziliyalı futbolçusu Vendel maraqlı, eyni zamanda qıcıq doğura biləcək paylaşım edib.

Offsideplus.az xəbər verir ki, Rusiya təmsilçisinin yarımmüdafiəçisi "instagram" hesabına təzə sifariş etdiyi "İphone 12" modelinin və "PlayStation" oyun cihazının şəklini paylaşıb. Lakin bu, elə-belə şəkil deyil. Hər iki texniki vasitə 24 karatlıq qızıldandır. 

"Apple"ın saytında Vendeldəki telefonun qiyməti 5 min funt-sterliqdən (təxminən 12 min manat) başlayır. Qızıldan olan "PlayStation"un dəyəri isə 11 min funt-sterlinqdir (təxminən 26 min manat).

Qeyd edək ki, Vendel "Zenit"ə "Sportinq"dən 20 milyon avro qarşılığında transfer olunmuşdu. Yeni komandasında 12 oyunda 1 dəfə fərqlənib. 

3431958F 3BCB 46B3 A4CE 4543DB4B25BF