"Fənərbağça" ilə razılaşdığı deyilən, Mesut Özil növbəti dəfə diqqətləri üzərinə çəkib.

Ünlü futbolçu sosial şəbəkədə ona ünvanlanan suala verdiyi cavabdan sonra kareyrasını sarı-lacivərdli formada davam etdirəcəyinə dair şübhə yeri qoymayıb.

Offsideplus.az xəbər verir ki, Özil "tvitter"də izləyicilərinin suallarını cavablandırıb. Azarkeşlərdən biri Mesuta sual ünvanlayıb: "İstanbuluda ən sevdiyin yer haradır?"

Futbolçunun cavabı belə olub: "Kadıkoy".

Almaniya millisinin sabiq üzvünün bu cavabından sonra azarkeşlərdə Mesutun karyerasını "Fənər"də davam etdirəcəyinə inam xeyli artıb.