Yüngül çəkidə UFC çempionu Həbib Nurmaqomedov ötənlərin məşhur futbolçusu ilə futbol oynayıb.

Offsideplus.az xəbər verir ki, tanınmış döyüşçü təşkilatçıların dəvətini qəbul edib. Nəticədə Həbib "Real", "Milan", "İnter", "Ayaks", eləcə də Hollandiya millisinin formasını geyinmiş Klarens Zeedorfla futbol oynayıb. Daha doğrusu, komanda yoldaşları olublar. Rəqibin heyətində isə döyüşçülər - İslam Maxaçev, Abubakar Nurmaqomedov, tanınmış türk aşbaz Burak Özdemir çıxış edib. 

Qeyd edək ki, görüşü izləyənlər arasında "Real"ın daha bir sabiq futbolçusu Ruben De La Red də olub.

2968792 60931768 2560 1440