"Atletiko"dan ayrılan Dieqo Kosta gələcəyi ilə bağlı qərar verib.

Braziliyalı futbolçu Türkiyədə oynamayacaq!

Offsideplus.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 32 yaşlı hücumçunun agenti müştərisinin adından "Qalatasaray"a bu mesajı çatdırıb: "Bütün klublara hörmətim var. Amma mən yenidən İngiltərə Premyer Liqasında oynamaq istəyirəm".

Kostanın bu sözlərindən sonra "Qalatasaray"la yanaşı, "Fənərbağça" ilə "Beşiktaş" da üzgün duruma düşüb.

Qeyd edək ki, ünlü forvard vaxtilə "Çelsi"nin formasını geyinib. Bu komandada 120 oyuna çıxıb, 59 qola imzasını yazdırıb. Dieqo ilə "Vulverhempton"un yaxından maraqlandığı deyilir.