Hollandiya millisinin unudulmaz simalardan biri Edqar Davids özünə yeni iş yeri tapıb.

Offsideplus.az xəbər verir ki, 47 yaşlı mütəxəssis bundan sonra Portuqaliyanın 3-cü divizionunda mübarizə aparan "Olhanense"ni çalışdıracaq. Səbəbkar bu haqda şəxsi "instaqram" səhifəsində məlumat yayıb.

"Olhanense" hazırda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Davidsin qarşısına qoyulan əsas hədəf komandanı 2-ci liqaya yüksəltməkdir. 

Qeyd edək ki, qeyri-adi saç formasına sahib sabiq futbolçu 2012-14-cü illər aralığında İngiltərə "Barnet"ində oynayan-məşqçi funksiyasını yerinə yetirib.