İtaliyalı mütəxəssis maraqlı addımla diqqətləri üzərinə çəkib.

Vaxttilə "Zenit"i çalışdırmış Luçiano Spalettinin sosial şəbəkədə müsəlmanlara xas papaqla şəkil çəkdirib, dünyaca ünlü idmançıya müraciət etməsi gündəm olub. 

Offsideplus.az xəbər verir ki, Spaletti "instaqram" səhifəsində trenajor zalında, başında papaq olan foto yerləşdirib. Şəklin altında isə rus dilində MMA döyüşçüsü Həbib Nurmaqomedova müraciət edib: "Həbib, icazə ver, sənin baş geyimində döyüş, mübarizə simvolu qismində istifadə edim".

Qeyd edək ki, 2009-14-cü illər aralığında "Zenit"ii çalışdırmış 61 yaşlı məşqçi sonradan ölkəsində "Roma"yla "İnter"in "sükanını" idarə edib. 2019-cu ildə "İnter"dən ayrılandan sonra işsizdir.

large