Almaniya futbolunun məşhur simalarından sayılan Tomas Müller özünü biznes sahəsində sınamaq istəyir.

Dünya çempionu atları çox sevir, eləcə də xanımı Liza. Buna görə də at biznesinə baş vurublar.

Offsideplus.az "Bild"ə istinadla xəbər verir ki, "Bavariya"nın ulduzu nadir cinslərdən olan atların nəslini artırmaq üçün ferma alıb. Alman həmkarlarımızın iddiasına görə, Tomasla Liza artıq xeyli vaxtdır Münhenin qərbində "Gut Wettlkam" adl; at zavodunun səhmdarlarıdır. Gələn ildən etibarən adıçəkilən zavod birbaşa futbolçu ilə xanımının adına keçəcək. Burda həmçinin at sürmək həvəskarl üçün də şərait yaradılacaq.