MMA döyüşçüsü Həbib Nurmaqomedov oktyabrda karyerasını bitirdiyini açıqladı.

Castin Getji ilə BƏƏ-də baş tutan mübarizə dünya çempionu üçün sonuncu oldu. Üstündən cəmi 2 ay keçməsinə baxmayaraq, ətrafındakılar rusiyalı idmançını rinqə qayıtmaq üçün dilə tutur.

Offsideplus.az xəbər verir ki, səbəbkar bu barədə dünən qonaq olduğu "Matç" TV-də açıqlama verib: "Gizlətməyəcəm, məni döyüşlərə qayıtmağa səsləyirlər. Mən burda təəccüblü bir şey görmürəm. Yaxşı şərtlərlə müxtəlif rəqiblər təklif edirlər. Açığı, döyüşçülərlə məni təəccübləndirmək mümkün deyil. Çünki "Top-10"da olanların yarısı karyerasını başa vurub. Kiməsə görə rinqə qayıda bilərəmmi? Ancaq və ancaq Məhəmməd Əliyə görə, lakin o artıq aramızda deyil".