"Reyncers"in baş məşqçisi Stiven Cerrard səmimi etirafda bulunub.

Offsideplus.az "The Athletic"ə istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssis gələcəkdə "Liverpul"u çalışdırmaq niyyətindədir. Uzun illər Mersisayd təmsilçisinin kapitan sarğısını daşımış Cerrard arzusu haqda bunları deyib:  "Bu sualı tez-tez eşidirəm. Məncə, hadisələr necə məsləhətdirsə, o cür də baş verir. "Liverpul"un baş məşqçisi olmaq istəyirəmmi? Bu, xəyaldırmı? Əlbəttə! "Liverpul" mənim üçün çox şey deməkdir. Lakin bu gün komandanın baş məşqçisi dünyanın ən yaxşılarından biri, gəldiyi gündən uğurları sıralayan biridir. "Liverpul" bu gün fantastik vəziyyətdədir. Bunu deməmək ədalətsizlik olar.

Orda olduğum müddətdə klub mənim üçün lazım olan hər bir şəraiti yaradıb. İndiyə qədər ordakı hər kəslə münasibətim əladır. Uzun illər "Liverpul"un şərəfini qorumağım o demək deyil ki, mütləq orda baş məşqçi olmalıyam. Nə vaxtsa baş məşqçi postu boşalsa, adlı-sanlı, titullu məşqçilərin siyahısı ortaya qoyulacaq. Ona görə də ən yaxşı namizəd olduğumu açıqlamıram".