"Qarabağ"ın Avroliqanın qrupundakı rəqiblərindən olan Təl-Əviv "Makkabi"si baş məşqçini yola salıb. 

Offsideplus.az xəbər verir ki, Giorqos Donislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Yunan çalışdırıcının istefaya göndərilmə səbəbi açıqlanmayıb. Donislə yanaşı, həmyerlisi olan köməkçilərinə də qapı göstərilib.

Qeyd edək ki, "Makkabi" İ qrupunda "Qarabağ"la yanaşı "Sivasspor"u da geridə qoyub Avroliqanın 1/16 final mərhələsinə yüksəlmişdi. Çempionata gəlincə, 12 oyundan sonra 20 xal toplayan təl-əvivlilər 3-cü pillədə yer alıb.