İran çempionatında 8-ci turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Maşinsazi” növbəti matçına çıxıb. Adıçəkilən komanda doğma meydanda “Naft MİS” ilə qarşılaşıb. Təbriz klubu bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

Ünlü “Traktor” isə hesabat turunda səfərdə “Sanat Naft”a 1:2 hesabı ilə uduzub.

8 turdan sonra 12 xalı olan “Traktor” 16 kollektiv arasında 5-ci, 2 xala malik “Maşinsazi” isə sonuncu pillədə qərarlaşıb.