Məşhur paraqvaylı qapıçı Xose Luis Çilavert ölkəsindəki siyasi vəziyyətdən narazıdır.

Qanunsuzluqdan və rüşvətxorluqdan bezən ünlü sima özbaşınalığın qarşısını almağın yolunu tapıb.

Offsideplus.az xəbər verir ki, Çilavert Paraqvayın prezidenti olmaq istəyir. İndiyə qədər bir neçə dəfə siyasətlə yaxından maraqlandığını deyən 55 yaşlı sabiq futbolçu 2023-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək istəyir. O, bu haqda "tvitter" səhifəsində yazıb: "Çila - 2023-cü ilin prezidenti. Paraqvaylı olduğuma görə fəxr edirəm. Amma ölkədə qanunsuzlıq və rüşvətxorluq hökm sürür".

Qeyd edək ki, DÇ1998 və AÇ-2002-nin final mərhələsində oynamış qapıçı karyerası ərzində qol vurmaq bacarığı ilə ad çıxarıb. Qapıda durmasına baxmayaraq, həmamplualarını 67 dəfə məyus edib.