Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) idman sahəsində 2020-ci ilin laureatlarını elan edib.

Offsideplus.az xəbər verir ki, saytımızın əməkdaşı Daşqın Əzizov Vətən Müharibəsində ön cəbhədə şücaət göstərmiş idman jurnalistəri arasında yer alıb.

AİJA-nın bütün nominasiyaları üzrə qalibləri:

VƏTƏN MÜHARİBƏSİNDƏ ÖN CƏBHƏDƏ ŞÜCAƏT GÖSTƏRMİŞ İDMAN MEDİASI ƏMƏKDAŞLARI

Süleyman Vəliyev  (CBC SPORT)

Xəyal Sadıqov (CBC SPORT)

Mehman Əşrəfov (sportal.az)

Daşqın Əziz (offsideplus.az)

Mahal Məmmədov (Azərbaycan Futzal Federasiyasının mətbuat katibi)

Vüsal Qurbanov (ATV)

Emin Səfərov (qafqazinfo.az)
 

VƏTƏN UĞRUNDA CANINI FƏDA ETMİŞ BÜTÜN ŞƏHİDLƏRİMİZİN RUHUNA DƏRİN EHTİRAMLA

Şəhid Ülvi Məmmədovun atası, komanda.az saytının yazarı Vüqar Məmmədov xüsusi diplomla təltif edilir


2020-ci İLİN İDMAN LAUREATLARI

İLİN İDMAN JURNALİSTİ

Anar Şəbanoğlu (Müstəqil jurnalist)

İLİN İDMAN TELEJURNALİSTİ

İlkin Xəlilov (Fikrətoğlu) - ATV

İLİN TELEAPARICISI

Əminə Kazımova (CBC SPORT)

İLİN TELEŞƏRHÇİSİ

Rüstəm Əfsərli (CBC SPORT)

İLİN RADİO JURNALİSTİ

İlkin Baba (Azərbaycan Radiosu) 

İLİN MƏTBUAT KATİBİ

Elmar Abdullazadə (“Zirə” Futbol Klubu)

İLİN İDMAN FOTOREPORTYORU

Rüstəm Fərman İsmayılov (azpress.az) 

İLİN İDMAN İNFORMASİYA AGENTLİYİ

Azərbaycan Dövlət İnformasiya Agentliyi - AzərTAC

İLİN İDMAN TELEKANALI

İTV

İLİN İDMAN RADİOSU

Azərbaycan Radiosu

İLİN İDMAN QƏZETİ

“Futbol+”

İLİN İDMAN SAYTI

qol.az   

İLİN İDMAN KİTABI

“Şuşali laynsman Tofiq Bəhramov”, müəllif Əbülqasım Novruzov, Bakı – 2020, “Avropa” Nəşriyyatı

İLİN İDMAN XADİMİ

Fariz Nəcəfov (“Qəbələ” Futbol Klubunun prezidenti, Vətən   müharibəsinin könüllü iştirakçısı)

İLİN İDMANÇISI

(qadınlar)

1. İrina  Kindzerska  (cüdo, Avropa çempionatı, gümüş medal)
2. Zöhrə Ağamirova (bədii gymnast, Avropa çempionatının finalçısı)
3. İrina   Zaretska (karate Beynəlxalq turnirin qalibi)

(kişilər)

1. Orxan Səfərov (cüdo, Avropa çempionu)
2. Tayfur Əliyev  (boks, olimpiadaya lisenziya qazanıb)
3. İslambek Dodo  (güləş, Fərdi Dünya Kuboku, gümüş medal)

İLİN KOMANDASI

Bədii gimnastika üzrə milli komanda - Avropa çempionatı, gümüş medal

İLİN MƏŞQÇİSİ

Mariana Vasilyeva (Bədii gimnastika, millinin baş məşqçisi)