UFC-nin yüngül çəkidə rusiyalı dünya çempionu Həbib Nurmaqamedov növbəti dəfə Kriştiano Ronaldo sevgisini göstərib.

Offsideplus.az xəbər verir ki, məşhur döyüşçü "instaqram" səhifəsinin "hekayə" bölümündə Ronaldonun "Parma" ilə oyundan sonrakı paylaşımını paylaşaraq, "15 il zirvədə, demək olar mümkünsüzdür" sözlərini yazıb.

Qeyd edək ki, "Yuventus"un "Parma" üzərində 4:0 hesablı qələbəsindən sonra Kriştiano "instaqram"da şəklini paylaşıb, bu sözləri qeyd etmişdi: "Yenidən qələbələrə sıralamaq gözəldir. 2 qol vurub komandanın qalib gəlməsinə kömək etmək isə xoşbəxtlikdir".

volga