Dieqo Armando Maradonanın nəşi məqbərəyə qoyula bilər.

Bunun üçün argentinalı futbol əfsanəsinin cəsədi eksqumasiya olunmalıdır.

Offsideplus.az "The Sun"a istinadla xəbər verir ki, bunu Maradonanın vəkili deyib. Vəkil 60 yaşında dünyasını dəyişmiş ötənlərin ünlü futbolçusunun vəsiyətini diqqətə çatdırıb: "Deyirdi ki, bəzən ölümüm haqda düşünürəm. Mən öləndən sonra cəsədimi titullarım və şəxsi əşyalarımla birgə məqbərəyə yerləşdirərsiz". 

Qeyd edək ki, Dieqo Armando noyabrın 25-də vəfat etmişdi.