Daha bir stadiona Dieqo Armando Maradonanın adı veriləcək.

Offsideplus.az "Ole"yə istinadla xəbər verir ki, Argentinanın La -Plata şəhərindəki stadionun adı dəyişdiriləcək. 2003-cü ildə istifadəyə verilən, 50 min azarkeş tutumuna malik "Uniko de La-Plate" arenası Maradonanın adını daşıyacaq. 

Bu stadiondan yerli çempionatda iştirak edən "Ximnasiya Esqrima" və "Estudiantes" komandaları meydan sahibi kimi yararlanacaq.

Qeyd edək ki, DÇ-1986-nın qalibi noyabrın 25-də 60 yaşında dünyasını dəyişmişdi.