"Tottenhem"in "instaqram" səhifəsində Son Xın Minin valideynləri ilə fotosu paylaşılıb.

Şəklin təqdimatında səhifənin admini adı ingiliscəyə tərcümədə "oğul" mənasını verən Sonla məzələnmək qərarına gəlib.

Offsideplus.az xəbər verir ki, fotonun altında şəkildəki şəxslərin - futbolçunun atası ilə anasının adları bu cür təqdim olunub: "Ana Xın Min, oğul Xın Min, ata Xın Min".

Məzəli paylaşım ciddi müzakirələrə səbəb olub. 

Qeyd edək ki, bir neçə gün öncə Son Xın Minin qolu 2019-20 mövsümünün ən baxımlı qolu seçilmişdi.

039fc777 dbe7 4c27 a54e 63196aec591b 1