Vladimir Putin Artyom Dzyubanın başına gələn hadisə ilə bağlı danışıb.

Offsideplus.az xəbər verir ki, Rusiya prezidenti ilin yekunlarına həsr olunmuş mətbuat konfransında futbol üzrə Rusiya millisinin hücumçusunun başına gələn olay haqda fikirlərini bildirib. Jurnalistin prezidentə ünvanladığı "Artyomun intim videosunun yayılmasına münasibətiniz necədir" sualına Vladimir Vladimiroviçin cavabı belə olub: "Bu, şəxsi işdir, ona görə də özü məşğul olsa yaxşıdır. Kiminsə şəxsi işinə qarışmaq normal cəmiyyətdə düzgün qəbul olunmur. O, ictimai fiqurdur, ona görə də ictimai qınaqdan qurtulmaq onun üçün qaçılmaz idi. Məncə, yaxşı dərs oldu. İkincisi, qəbul olunmamış ümumi qaydalar var ki, ona riayət etmək lazımdır. Bu cür hallar insanın peşəkar fəaliyyətinə təsir etməlidirmi? Əlbəttə ki, yox. Mən həmin videonu görməmişəm. Siz baxmısız?"

Qeyd edək ki, noyabrda Artyom Dzyubanın intim videosu yayılmışdı. Dələduzlar həmin görüntülərin ictimailəşməməsi üçün ondan küllü miqdarda pul tələb etsələr də, 32 yaşlı futbolçu bundan imtina etmişdi. Nəticədə intim video yayılmışdı. Yığmanın baş məşqçisi Stanislav Çerçesov isə təcrübəli forvardı milliyə dəvət etməmişdi.