"Sabah"ın serbiyalı qapıçısı Saşa Stamenkoviç dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının şansları baradə danışıb.

Offsideplus.az xəbər verir ki, 35 yaşlı qolkiper Azərbaycan yığmasının qrup qalibi olmaq şansı öz əlindədir: "Serbiya millisi hazırda çox pis formadadır. Düşünürəm ki, Azərbaycan üçün onları, Lüksemburqu, İrlandiyanı və Qətəri udmaq çətin olmamalıdır. Serbiya AVRO-2020-nin pley-off mərhələsində Şotlandiyanı uda bilmədi. Qətər və Lüksemburq elə də güclü deyil. Baş məşqçi Canni de Byazi Albaniya yığmasının baş məşqçisi olduğu vaxt İrlandiyaya qalib gəlib. Yalnız Portuqaliya ilə oyunlarınız çətin olacaq".

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Qətər, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla birlikdə A qrupunda mübarizə aparacaq. DÇ-2022-nin ev sahibi olan Qətər seçməsinin nəticələri qrupa təsir etməyəcək (report).